24 Mart 2017 Cuma

Xəbərsiz

Niyə sönmür,öz-özünə yanır şam,
Odu uçur küləklərdən xəbərsiz.
Şöləsində qərib-qərib qalmışam,
məni sevən ürəklərdən xəbərsiz. 

Həsrətimlə yuva qürdüm ev kimi,
Bu arada axtar kimi-sev kimi?
Öz istisi isitmədi sevgimi
qış üşüdən çiçəklərdən xəbərsiz...

Gövdəsində tarix yatan söyüddüm,
öz-özümə təsəlliydim,öyüddüm.
Ürəyimdə nə boyda dərd böyütdüm
beşiklərdən,bələklərdən xəbərsiz...

Ana saçı-ağ ilmədən naxışlar,
Ata ömrü-qasırğalar,yağışlar.
Tanrı mənə nə günahı bağışlar
çiynimdəki mələklərdən xəbərsiz?

Mənzil uzaq,yoxsa qismət yan durur?
əyri yollar ümüdlərı sındırır.
Ahım dağı,ahım daşı yandırır
öd həsrətli fələklərdən xəbərsiz...

Hiç yorum yok:

Yorum Gönder