24 Mart 2017 Cuma

Dünya dəyişməyib

Gəzirik bir ömür çiynimizdə daş,
haqqın yollarında iz dəyişirik.
Demə-anlamadım dünyanı,qardaş-
dünya dəyişmədi,biz dəyişirik!....

Anamız bizləri doğanda görən-
igidim söyləyib könlünə yaxdı?..
Əgər doğulduqsa hamımız ərən,
bu qədər nadanlar bəs hardan çıxdı?!.


Tapırıq dünyanın qara üzünü
körpə ruhumuza bələyirik biz.
Saxlayıb yalanı,atıb düzünü
dünyadan ədalət diləyirik biz!


Özümüz kəsirik əyri qəlibi,
saxta yaltaqlığı alqışlayırıq.
Ulu məhəbbətə kəm düşən qəlbi
elə bil şeytana bağışlayırıq!!!


...Sonra gələ-gələ gözümüzdə yaş,
haqqın sorağında iz dəyişirik...
Demə tanımadım dünyanı,qardaş,-
dünya dəyişməyib,biz dəyişirik!!!

Hiç yorum yok:

Yorum Gönder