24 Mart 2017 Cuma

İşıq ömrü

Ha silirəm dadı getmir həsrətin-
dilimdədir,sözümdədir-nə fərqi?
Baxan görür,adı getmir həsrətin-
üzümdədir,gözümdədir-nə fərqi?...


Bəlkə yoxdu yer üzündə tayımız,
ulduzumuz,Günəşimiz,Ayımız...
Biz də saydıq,fələk saydı-sayımız
ya birdədir,ya yüzdədir-nə fərqi?


Sözü acı-həsrət dadan dillərin,
yönü xəzan suya həsrət güllərin...
İnnən belə güman gəzən əllərim
ya başdadı,ya dizdədir-nə fərqi?...


Könlün niyə qəmdən-qəmə tələsir,
parıldayır gözündə yaş giləsi...
Biz bir işıq ömrü sürdük-şöləsi
gecədədir,gündüzdədir-nə fərqi?!.

Hiç yorum yok:

Yorum Gönder