24 Mart 2017 Cuma

Nə çıxar

Su bilməz,bulaq da bilməz-
yanan dilimdən nə çıxar...
Qaralan varaq da bilməz-
yazan qələmdən nə çıxar.

Ürəyimi sıxıram mən,
ağ kağıza yaxıram mən,
durub ruhdan baxıram mən-
daha əlimdən nə çıxar?!.


Eşqi bələkdə boğdular,
nifrətdən xəmir yoğdular.
Analar bala doğdular-
kim bilər kimdən nə çıxar?!!

...Min cür feli görüb gözlər,
gözlərini yorub gözlər,
Beş-on şair durub gözlər-
bütün aləmdən nə çıxar...

Hiç yorum yok:

Yorum Gönder