24 Mart 2017 Cuma

Harda görmüsən?

Qardaşım Xudabaxışa,qardaşım
 oğlu Turala böyuk məhəbbətlə.

Sən haqq sorağında özünü yordun-
titrək addımında Allah qorxusu...
Fələyin min cürə üzünü gördün-
yadında qalıbmı rəngi-qoxusu?-
Mənim mərdliyimi harda görmüsən,
bəs harda görmüsən namərdliyimi?...



Yarpaq cürətlidir yeldən əsənlər-
qopar küləklərdən,budaqda qalmaz...
Qıratlı,Düratlı keçəl həmzələr
Vallah,ömür boyu Koroğlu olmaz-
Mənim mərdliyimi harda görmüsən,
bəs harda görmüsən namərdliyimi?...


Dağ-təpə aşırıq-qulağımız dinc,
tarix-uçan quşdu -əl elə,əylə...
Qolsuz Babəklərin dişində qılınc,
qollu sunbatların gözündə hiylə-
mənim mərdliyimi harda görmusən,
bəs harda görmüsən namərdliyimi?


Bəs niyə haqqımız saçını yolmur-
tirə oxşadımı gözümdəki tük?!..
Kişinin kiçiyi-ucası olmur-
kişi sözündədir elə böyuklük-
mənim mərdliyimi harda görmusən,
bəs harda görmüsən namərdliyimi?



...Hansı  əsrlərdən qoyulub təməl-
hansı fikirlərdə həddinə yetər?,,,-
Bir lal qəhramanlıq,bur sakit əməl
qanına qaynayar,sumuyə bitər-
kimin xəbəri var öz mərdliyindən,
kimin xəbəri var namərdliyindən?!!!!


  

         may 2012 Sumqayıt.

Hiç yorum yok:

Yorum Gönder