Küləyi könlümə əsir-
bura mənim yerim deyil!
Üstümə qəmi tələsir-
bura mənim yerim deyil!..
Unudulub pak əzəllər,
oxunmur eşqə qəzəllər...
Gen dünyadan dəm vururlar
dar şalvar geyən ''gözəllər''-
bura mənim yerim deyil.
Xeyri şərə qatanlar var,
''udanlar'' var,''atanlar'' var...
Anasının tumanını
qonşusuna satanlar var-
bura mənim yerim deyil!
.................................
Dinərmi bülbül-ötənim,
tapılarmı o itənim?..
Güllü-çiçəkli Vətənim-
niyə mənim yerim deyil?!!!
bura mənim yerim deyil!
Üstümə qəmi tələsir-
bura mənim yerim deyil!..
Unudulub pak əzəllər,
oxunmur eşqə qəzəllər...
Gen dünyadan dəm vururlar
dar şalvar geyən ''gözəllər''-
bura mənim yerim deyil.
Xeyri şərə qatanlar var,
''udanlar'' var,''atanlar'' var...
Anasının tumanını
qonşusuna satanlar var-
bura mənim yerim deyil!
.................................
Dinərmi bülbül-ötənim,
tapılarmı o itənim?..
Güllü-çiçəkli Vətənim-
niyə mənim yerim deyil?!!!
Hiç yorum yok:
Yorum Gönder