24 Mart 2017 Cuma

Lazım deyil

Fikrimdi-yaşımdan böyük,
sözümdü-daşımdan böyük.
Hikkəsi  başımdan böyük
tamah mənə lazım deyil!

Şehinə səfəq saçmayan,
yoluna arzum qaçmayan,
üzünə Günəş açmayan
sabah mənə lazım deyil...

...Boylanıb sehirli aya
ulduzları saya-saya
məndən sonra bu dünyaya
ha bax,mənə lazım deyil!

Qismətim arzum boydadır,
Kəsərim sözym boydadır.
Silahım sazım boydadır-
yaraq mənə lazım deyil!!!

Hiç yorum yok:

Yorum Gönder