24 Mart 2017 Cuma

Vətən torpağı

Mehi oxşadı saçımı-
üzüm Vətən torpağında.
Xəyalım gəlib çatardı-
özüm Vətən torpağında.
    x  x  x   x   x

Uca dağları qüdrətim,
niyə qayğısı sərvətim.
İkibaşlı həqiqətim,
düzüm Vətən torpağında.

  x  x   x   x  x

Dərələri duman qapır,
hər qayası külək tapır.
Üstündə yağı at çapır-
dözüm Vətən torpağında.

  x  x  x  x  x

Bulağı cənnətdən axır
suyunu yarama yaxır...
Ürəyim göylərə baxır,
gözüm Vətən torpağında.

 x  x  x   x  x

...Həsrətiydi ağır yüküm-
məni də tozuna bükün:
Göyərəcək bəlkə bir gün
sözüm Vətən torpağında.

Hiç yorum yok:

Yorum Gönder