24 Mart 2017 Cuma

Bu su niyə durulmadı?.

Lal arzum içimdə yatdı
yuxuma acılıq qatdı...
Hansı yol üfüqə çatdı
hansı yolum burulmadı?...


Su içində batdı çəmən-
çayı hamən,gölü həmən...
Ha üfürdüm suyunu mən-
bu su niyə durulmadı?...


Çəkir fikiri-su dünyadan,
son nəğməli qu dünyadan...
Mən yoruldum bu dünyadan
dünya məndən yorulmadı...


Hər yan səbəbsiz tələblər-
boş ürəklər,dolu ciblər...
Əlimi kəsən bu iplər
bu zəncirlər qırılmadı...


Küləklə əsən ləçəklər-
yol boyu baxan göyçəklər...
Suda batdı o çiçəklər-
nə yaxşı ki saralmadı....

Hiç yorum yok:

Yorum Gönder