14 Ekim 2025 Salı

 Natiqə.


düşdüm mən söz yağışına- görməyib yazı-öləcəm. Dədəmin yurd küməsinin damından sızıb,... öləcəm.


aşım bu daqdan da aşım- dumanı-gözümün yaşı... danlayıb bacı-qardaşı


hamıdan razı öləcəm...


qürbətin qərib Dinində kim saxlayar məni Məndə?....


...kəndimizin çəmənində qəbrimi qazıb,öləcəm...


....bu günlükmü,əbədimi?...


Doldurdum mən səbətimi... tapıb ilk Məhəbbətimi bir Şe"r yazıb,öləcəm...

11 Ekim 2019 Cuma

Dünyada ən ağır,ayrılıq dərdi

hələ yol gedirsən,yoldasan hələ,
qeybətə,qarğışa-döz,gülə-gülə...
...qürbətin sevinci tələdi-belə...
...dünyada ən ağır-ayrılıq dərdi...
gününə naxışlar ilmə hörməzdi,
içində qəzəbin,hirsin -,,dönməzdir",
vaxtında Getsəydin...bəlkə görməzdin-
dünyada ən ağır-ayrılıq dərdi...
...yadında saxlayıb hər günahını
gündə neçə dəfə söy Allahını....
...bəs hanı,hər Qəmə,ortağın,hanı?
Dünyada ən ağır,ayrılıq dərdi.
...dəlkə danışasan,bəlkə,dinəsən,
qalxıb öz əqlindən-
ruhdan enəsən,
bəlkə qayıdasan,
bəlkə,dönəsən?-
Axı....
...dünyada ən ağır-ayrılıq-dərdi.
oktyabr 2019.

1 Temmuz 2019 Pazartesi

mənim deyil!

...nə gözələm,nə qəşəng-
var-yoxy;
mənim deyil.
Çıx,get,yuxumdan,əşşi-
bu yuxu,mənim deyil!
...səhər günəşi oyat,
şüş daşı ləpəyə at...
..Nə səbir,nə ehtiyat,
nə qorxu,mənim deyil...
baxdı, "baxışa qənim",
dənlədim dənim-dənim...
...Söz oxu-bəlkə,mənim,
göz oxu,mənim deyil...
...qayıdıram ay,çəmən,
Vallah,həmənəm,həmən...
isitdim qürbəti,mən,
soyuğu,mənim deyil.
....gözünün ucuyla,
konlünün səsiylə,
günahıyla,yaddan çıxan suçuyla,
qalan qəlb həcəsiylə-
gözünü açıb
günü soraqlar...
niyə?...

Запах полыни...

Я слышу запах полыни,
и вдыхаю влаги...
Эту землю и поныне
топчат детские шаги...
Поднимая взоры,
глаза в даль глядят-
там в далеке горы
в белых кепочках сидят...
...Вот вернулся снова я
в волосах со сединой;
Здесь родина моя-
кусочек земли родной!
На всю жизнь запомнил
до душевной,до боли-
этот запах полыни,
эти горы в дали...

Татьяна Горбунова и Али Аббас Лирика философа.

Я помню этот день. Была зима.
В моем саду деревья в снежных шубах.
Но ты пришла, и зазвенел апрель
в душе моей. Целуя твои губы,
я думал – как устроен этот мир!
Весна зимою – это ли не чудо?!
У каждого - свой путь, своя судьба.
У разных гор различные туманы.
Но мы с тобой друг другу Богом данные,
хоть разные как камень и вода.
Я думал – как устроен этот мир!
С тобою буду вместе навсегда!
Я был в сомненьях, шел средь тьмы на свет,
как заплутавший в океане лайнер
стремится к берегу. И чтоб найти ответ
я в руки брал дудук и песни стон печальный
мне говорил, что – так устроен мир!
И я еще услышу звон венчальный!
Ты говорила: наши встречи – зря!
И правда с истиной есть не одно и тоже,
Ведь мы с тобой как небо и земля
нисколько друг на друга не похожи!
Но, Боже – как устроен этот мир!
Любить я буду лишь одну тебя!

Ana


Səndən çox deyiblər,çox söyləyiblər
Min-min kitab olar bu azı,ana.
Düzü deyilməmiş,eşidilməmiş
Bir söz tapmıram ki,mən yazam,ana
Ömrümdən ömrünə sədaqət sızıb,
“Lay-la”ndan könlümə məhəbbət sızıb.
Bəlkə də adını suyuna yazıb
O taylı,bu taylı Arazım,ana
Saçından yarpaq tək dərdiyin ömrü,
yoluma,izimə sərdiyin ömrü,
Sənə qaytarardım verdiyin ömrü-
olsaydı bir anlıq əlacim,ana
1982 Biləsuvar
Əli Xəyal Abbasov