1 Temmuz 2019 Pazartesi

Ana


Səndən çox deyiblər,çox söyləyiblər
Min-min kitab olar bu azı,ana.
Düzü deyilməmiş,eşidilməmiş
Bir söz tapmıram ki,mən yazam,ana
Ömrümdən ömrünə sədaqət sızıb,
“Lay-la”ndan könlümə məhəbbət sızıb.
Bəlkə də adını suyuna yazıb
O taylı,bu taylı Arazım,ana
Saçından yarpaq tək dərdiyin ömrü,
yoluma,izimə sərdiyin ömrü,
Sənə qaytarardım verdiyin ömrü-
olsaydı bir anlıq əlacim,ana
1982 Biləsuvar
Əli Xəyal Abbasov

Hiç yorum yok:

Yorum Gönder