1 Temmuz 2019 Pazartesi

.Mən şair deyiləm

Getdim-bəlkə çatam ömrün yazına,
gəldim-ürəyimə qabar qazanam...
...Mən şair deyiləm,şer yazanam-
oxuyub bu sözü şerə oxşatma.
Fələyin amansız çagına gəldim,
inanma,kim desə ağıla gəldim...
...Mən sehrə inandım,nağıla gəldim
gəldim,o zamandan nağıl qutardı...
Günəşi axtardım-düşüb soyuğa,
elə əl uzatdım curuk dayağa...
Dünya gülməlidir başdan ayağa-
amma ağlayırıq içimizdə biz.
Qəlbimi min yerə bölə bilmədim,
göylərin sirrini bilə bilmədim.
Mən necə sevdim ki,ölə bilmədim-
bəs necə öldüm mən,gözümdə sevgi?!.
Hardasa bir ürək anmadı məni,
çiynimə mələklər qonmadı,mənim?...
Ahımdan fələklər yanmadı mənim-
baxçada gül yandı-yağışa həsrət.
...Bilmirəm bu cığır hara uzanar,
soyuq ürəyimiz harda qızınar?...
...Mən şair deyiləm,şer yazanam-
mən şer yazmıram...ağı deyirəm.

Hiç yorum yok:

Yorum Gönder