1 Temmuz 2019 Pazartesi

..bu şəhərin işıqları-
şərq gecələrinin ay qısqanclığı -
nə öldürməli deyil,nə də unutmaq mümkün...
dənizin ləpələri köpkün-köpkün,
mürgülü-mürgülü sahilə uzanıb
dərin-dərın nəfəs çəkir....
Töküb
üstümə bu işığı bu şəhər-
yıxılıb mürgülü ləpələrin böyründə
yatdım ..Bir səhər
dirilənədək...

Hiç yorum yok:

Yorum Gönder